Tayvanın Tayçunq şəhərində ticarət mərkəzində partlayış baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Partlayışın restoranda qaz sızması nəticəsində baş verdiyi açıqlanıb.