AZ

"Cılız düşüncəlisən!" - Ermənistan parlamentində ara qarışdı

Müxalifətçi deputatın xarici işlər naziri Ararat Mirzoyanla bağlı baş nazir Nikol Paşinyana ünvanladığı sual gərginliyə səbəb olub.

Demokratikmusavat.com xəbər verir ki, Ermənistan parlamentinin müxalifətçi deputatı Qeqam Manukyan Ermənistanın baş naziri Nikol Paşinyana bu sualla müraciət edərək “Ararat Mirzoyanın adını nə vaxt dəyişəcəksiniz və ya Ararat Mirzoyanı dəyişəcəksiniz?” sualı hakim komanda tərəfindən qəzəblə qarşılanıb.

İlk olaraq Ararat Mirzoyan müxalifətçi deputata qəzəbli reaksiya verib: “Sən çox, çox cılız düşüncəli birisən”. 
Parlamentin spikeri Alen Simonyan Mirzoyanın bu replikasından sonra dərhal müxalifətçi deputatın mikrofonunu söndürərək deyib: “Mən sizə ədəb-ərkan həddinə riayət etməyi təklif edirəm, yoxsa mən də buna bənzər misallar verməyə başlayacağam”.

Tribunaya yaxınlaşan baş nazir Nikol Paşinyan isə cavabında deyib: “Cənab Manukyan, adları dəyişmək səlahiyyətim olsaydı, ilk növbədə sizdən və siyasi liderlərinizdən başlayardım. Əminəm ki, mənim bu gücdən başqa insanlara münasibətdə istifadə etmək üçün heç bir əsasım olmazdı, çünki belə bir səbəb olmazdı. Mən isə sizin işinizlə bağlı ona görə danışıram ki, belə bir səbəb göstərən sizsiniz və sadəcə olaraq bunun üçün də səbəb yaratdınız”.

Mürtəza
Demokratikmusavat.com

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
1
4
Demokratikmusavat.com

5Mənbələr