Komandaların 4 dövrədə yarışması hər birinin çempionatda 44 oyun keçirməsi deməkdi. Bunun üzərinə ölkə kubokunu, avrokubokları və yığmanı da gələndə oyun sayı 60-ı ötür. Bu isə Azərbaycan futbolunun reallıqlarında mümkünsüzdü.
Alternativ variantlar kimi komandaların üç dövrədə yarışmasını və “6-lıq” sisteminin tətbiqi təklif edənlər də var. Bəs hansı variant daha yaxşıdı?
Şahin Diniyevin “Football-plus.az”a açıqlaması:
“Hər bir sistemin müsbət və mənfi tərəfləri var. Sadəcə, keçmişə nəzər yetirmək lazımdı ki, hansı daha uyğundu? “6-lıq” sistemi bizə yaramaz. İkinci “6-lıq”da qərarlaşan komandalar üçün çempionatın heç bir əhəmiyyəti qalmır. Çempionata maraq itirir. Daha yaxşı variant üç dövrə oynamaqdı”.
ƏSƏD SEYİDOV