AZ

Qırğızıstanda qızılca ilə bağlı vəziyyət gərgin olaraq qalır

Bakı, 13 fevral, AZƏRTAC

Qırğızıstanda qızılca ilə bağlı vəziyyət gərgin olaraq qalır.

AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Respublika İmmunoprofilaktika Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 10 fevral 2025-ci il tarixində ölkədə 2 min 46 nəfərdə qızılcaya yoluxma faktı qeydə alınıb. Onlardan 1972 xəstə (96 faiz) peyvənd olunmayıb. Yoluxmaların əsas artımı Bişkek şəhərində müşahidə olunub. Burada 1291 yoluxma hadisəsi qeydə alınıb ki, bu da ümumi sayın 62 faizini təşkil edir.

İmmunoprofilaktika Mərkəzindən bildirilib ki, yoluxma hallarının artmasının əsas səbəbi uşaqlar arasında qızılca və məxmərəyə qarşı peyvəndlənmənin az olmasıdır.

Qeyd edək ki, Qırğızıstanın Səhiyyə Nazirliyi qızılca ilə mübarizə məqsədilə profilaktik və antiepidemioloji tədbirləri gücləndirib.

Seçilən
4
azertag.az

1Mənbələr