AZ

Avropa Birliyi Ermənistanı qəbul etməyəcək – Politoloq

Ermənistan parlamenti “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki,
Ermənistan parlamenti 2025-ci ilin 12 fevralında Ermənistanın Avropa Birliyinə inteqrasiyasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiq edib.

“Bu məqsədə Ermənistanda 40-dan yuxarı icma 60 mindən yuxarı imza toplayıb. İmzaların minimum sayı 50 min olmalıydı. Ermənistanın baş naziri bu məqsədlə Ermənistanda referendumun keçiriləcəyini desə də, Ermənistanın AB-nə nə vaxt üzv ola biləcəyi ilə bağlı məsələlər ətrafında konkret tarix göstərilmir.
Tərkibində 27 dövlətin olduğu AB-də keçmiş SSRİ-dən yalnız Baltik ətrafı respublikalar -Latviya, Litva və Estoniya indiyədək bura daxil ola biliblər.
Ümumiyyətlə Ermənistanın AB-nə üzvlük məsələsi yaxın 10 illərin işi deyil. Bu ölkənin AB¥nə tam hüquqlu üzv olmasına mane olan kifayət qədər amillər var.
Əvvəla Ermənistanda Ümumi Daxili Məhsul hazırda 4200 dollara yaxındır. Halbuki AB-də bu 44.200 dollardan yuxarıdır, ən aşağı göstərici Bolqarıstandadır ki, orada da UDM 16.547 dollardır. Yəni Ermənistan həyat göstəricilərinə görə AB-nin müəyyən etdiyi kriteriyalara belə yaxınlaşmayıb.
Bundan əlavə Ermənistanın dənizlərə çıxış imkanları yoxdur. O hələ də Rusiyanın iqtisadi və enerji asılılığında olan ölkədir.
Ermənistan ərazisində Rusiya hərbi bazalarının mövcudluğu onun AB-nə üzvlük məsələsini mümkünsüz edir.
Ermənistan KTMT ilə münasibətlərinə tam mənada aydınlıq gətirməyib. Nəhayət Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qaldıqca AB-nə qəbul edilə bilməz”.

 

Dəniz

Seçilən
1
tribunainfo.az

1Mənbələr