AZ

ÇL-də həftənin ən yaxşısı adına namizədlər

style='margin-bottom:10px;'>

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

QOL.az xəbər verir ki, bunlar Vinisius Junior (“Real”), Vanqilis Pavlidis (“Benfika”), İqor Payxao (“Feyenoord”) və Seri Qirassidir (“Borussiya" Dortmund).

Vinisius “Mançester Siti” ilə oyunda (3:2) 2 qolun ötürməsini verib. Qirassi “Sportinq”lə (3:0) görüşdə 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Pavlidis "Monako" ilə matçda (1:0) qapını dəqiq nişan alıb. Paixao isə "Milan"la qarşılaşmada (1:0) qol vurub.

Qalib UEFA-nın saytındakı səsvermə nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları 18-19 fevralda keçiriləcək.

Seçilən
29
1
teleqraf.com

5Mənbələr