Bakı. Trend:
"PashaPay” MMC-yə qarşı tətbiq edilmiş təshih tədbiri barədəqurum rəsmi cavab verib.
Rəsmi cavabda bildirilir:
"Bildiririk ki, elektron pul təşkilatı olan “PashaPay” MMCşirkəti 27 iyun 2024-cü il tarixində Azərbaycan RespublikasınınMərkəzi Bankı (“Mərkəzi Bank”) tərəfindən müvafiq lisenziya əldəetmişdir və bununla da Mərkəzi Bankın nəzarət subyektinəçevrilmişdir.
Həmin dövrdən etibarən şirkət normativ tələblərə uyğun proseslərqurmaq üçün intensiv transformasiya prosesinə başlamış və bu dövrərzində faəliyyətinin qanunvericiliklə müəyyən edilmiş yenitələblərə uyğunlaşdırılması istimamətində bir çox işlərgörmüşdür.
Mərkəzi Bank tərəfindən qanunvericiliklə müəyyən edilmişsəlahiyyətləri çərçivəsində nəzarət subyektlərinin fəaliyyətininmütamədi olaraq yoxlanılması aparılmaqdadır. Bu yoxlamalarçərçivəsində fintex bazarı iştirakçıları arasında aparılmış ilkbelə tematik yoxlama nəticəsində şirkətə qarşı təshih tədbirləritədbiq edilmişdir.
Qeyd olunan tədbirlər lisenziyalaşmış maliyyə təşkilatlarınaqoyulan standart tələblərdən irəli gəlir.
“PashaPay” MMC şirkəti qəbul olunan qərarı rəhbər tutaraq, onunicrasını şirkətin əsas prioriteti hesab edir və qarşısında qoyulanbütün tələbləri Mərkəzi Bankın nəzarəti altında icraetməkdədir.
Bu addımların fintex bazarının və eləcə də şirkətimizin sağlamvə dayanıqlı şəkildə inkişafına töhfə verəcəyinə inanırıq və buistiqamətdə Mərkəzi Bankın dəstəyini yüksək qiymətləndirməklətəshih tədbirində qeyd edilən uyğunsuzluqların aradan qalıdırlmasıistiqamətində bütün zəruri tədbirləri görməkdəyik".