Hindistanın Prayaqrac şəhərində Kumbha-mela festivalından qayıdan 30-dan çox insan yol qəzasında xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ştat polisi jurnalistlərə məlumat verib.
Zəvvarları daşıyan qoşqu Prayaqracdan 400 km məsafədə aşıb. Müxtəlif xəsarətlər alan 34 nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Kumbha-mela festivalı hər 12 ildən bir Hindistanın şimalında keçirilir. Hindlilər müqəddəs Qanq və Yamuna çaylarının qovuşduğu yerdə yuyunurlar. Onlar inanırlar ki, insan bütün günahlarından təmizlənir və ölüm-yenidən doğulma dövrəsindən azad olur.