AZ

Azərbaycan və Çin lideri arasında görüşlər mühüm əhəmiyyət kəsb edir- ÖZƏL

"Azərbaycan və Çin lideri arasında indiyədək reallaşdırılmış səfərlər və görüşlər mühüm əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Mclidin deputatı Sevinc Fətəliyeva deyib: "2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci "Kəmər və Yol Forumu"nda iştirak edib. 15 sentyabr 2022-ci ildə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib. Astanada keçirilən ŞƏT-in növbəti zirvə toplantısı çərçivəsində isə Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Birgə Bəyannamə, həmçinin iqtisadi sahədə digər sənədlərin imzalanması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və çəkisinin daha da yüksəldiyini nümayiş etdirir. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətə, onun şəxsiyyətinə olan hörmət və etibarın təzahürüdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr