Türkiyənin Azərbaycandakıyeni səfiri Birol Akgün bu gün Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
APA xəbərverir ki, səfir əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərinehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb.
Sonra Şəhidlər xiyabanına gələn diplomat ölkəmizin azadlığı vəsuverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının
xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl”abidəsini ziyarət edib.
Daha sonra Birol Akgün Şəhidlərxiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad
edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinəucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, abidə önünə əklil qoyub.