AZ

Suriyadan süpriz HƏMAS qərarı: Əhməd əl-Şara Türkiyədən qayıdan kimi...

Suriyanın yeni hökuməti Əsəd dövründə HƏMAS-a qarşı qoyulmuş bütün qadağaları ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə HƏMAS rəsmisi yerli mediaya bildirib.

Onun sözlərinə görə, HƏMAS-ın əvvəllər istifadə etdiyi, lakin bağlanan ofisləri yenidən açılıb. Digər HƏMAS rəsmiləri də Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şara ilə görüşmək üçün yaxın günlərdə Suriyaya gedəcək.

“Suriyanın yeni hökuməti HƏMAS-ın Əsəd rejimi ilə birlikdə döyüşməkdən imtina etdiyini təqdir edir. HƏMAS yalnız Fələstin məsələsinə xidmət edən müqavimət hərəkatı olmaq əzmindədir. Şara HƏMAS-ın Suriyadakı ofislərini və Əsəd rejimi tərəfindən müsadirə edilən mülklərini təşkilata qaytardı”, - deyə HƏMAS rəsmisi qeyd edib.

Seçilən
20
2
publika.az

3Mənbələr