İtaliyanın "Atalanta" klubunun futbolçusu Mario Paşaliç komandanın sabiq üzvləri Yosip İliçiç və Duvan Zapatanın rekorduna şərik olub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə Belçikanın "Brügge" komandasına 1:2 hesabı ilə uduzduqları oyunda qol vurmaqla reallaşdırıb.
Bu, yarımmüdafiəçinin "Atalanta"nın heyətində UEFA Çempionlar Liqasında vurduğu yeddinci qol olub.
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 19-da İtaliyada baş tutacaq.