Bakı. Trend:
Ötən il Səngəçal terminalından 225 milyon barel neft vəkondensat ixrac edilib.
Trend bubarədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilinnəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 5 milyonbarel və ya 2,2% azdır. Belə ki, 2023-cü ildə Səngəçalterminalından 230 milyon barel neft və kondensat ixrac edilib.
Ötən il ixrac edilən neft və kondensatın 224 milyon barelBakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 1 milyon barelQərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib.
Qeyd edək ki, terminalın texniki emal sistemlərinin gündəlikgücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçüntəqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracıgücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100milyon standart kubmetrdir.