AZ

Çempionlar Liqasında günün hesabatı: Rekordlar, ilklər

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarının ikinci günü maraqlı məqamlarla yadda qalıb.

İdman.biz xəbər verir ki, İFFHS baş tutan qarşılaşmalardakı statistik faktlardan ibarət at təqdim edib.

- “Benfika”ya 0:1 hesabı ilə uduzan “Monako” Çempionlar kuboku/Çempionlar Liqasında (ÇK/ÇL) Portuqaliya klublarına qarşı keçirdiyi son 9 oyunun heç birində qalib gələ bilməyib - 2 heç-heçə, 7 məğlubiyyət.

- “Monako” ÇL-də keçirdiyi son 15 ev oyunundan 10-da məğlub olub.

- “Monako” cari mövsüm ÇL-də hamıdan çox - 3 qırmızı vərəqə alıb. “Benfika” ilə qarşılaşmada Moatasem Al Musrati belə cəzaya layiq görülüb.

- Vangelis Pavlidis (“Benfika”) ÇL tarixində eyni mövsümdə eyni stadionda 2 fərqli oyunda qonaq kimi qol vuran üçüncü futbolçu olub. Kriştiano Ronaldo Dortmunddakı “Vestfalen Ştadion”da (2012/13),
Neymar Parisdəki “Park de Prens”də (2014/15) bunu bacarıb.

- Pavlidis 1970/71 mövsümündə “Panatinaikos”da 10 qol vuran Antonis Antoniadisdən sonra ÇK/ÇL-in eyni mövsümündə 6-dan çox qol vuran ilk yunan oyunçudur.

- "Seltik" - "Bavariya" matçında (1:2) qonaqların heyətində fərqlənən Mihael Olise ÇL-dəki debüt mövsümündə 5 qol vurub. Fransalı oyunçular arasında yalnız Tyerri Anri (7) və Kilian Mbappe (6) ÇL-də debütündə daha yaxşı çıxış ediblər.

- Harri Keyn klub və milli karyerasında Kasper Şmeyxelə 19-cu qolunu vurub. Bu, onun digər qapıçılar vurduğu qoldan 5 dəfə çoxdur.

- Bu, Keynin ÇL-də “qol+assist” sayında 46-cı uğuru olub. O, bu göstəricidə ən yaxşı üç ingilis sırasındadır. Harri yalnız Devid Bekhem (52) və Ueyn Runidən (47) geri qalır.

- Keyn avrokuboklarda 60 qola çatan 13-cü oyunçudur. O, bunu bacaran ilk ingilisdir. Hücumçu Çempionlar Liqasında 36, Avropa Liqasında 18 və Konfrans Liqasında 6 qola sevinib.

“Feyenoord” “Milan” 1:0 hesabı ilə qalib gələrək, ilk dəfə eyni avrokubok mövsümündə ÇL-in qalibi olmuş 3 klubu (“Benfika”, “Bavariya” və “Milan”) məğlub edib.

- “Milan” 2 oktyabr 1974-cü ildə “Kolreyn”dan sonra ÇK/ÇL-in pley-offunda “Feyenoord”a məğlub olan ilk komandadır.

- “Feyenoord” 2007-ci ilin fevralında “Arsenal”a 1:0 hesabı ilə qalib gələn PSV-dən sonra ÇL-in pley-off mərhələsində ev oyununda qalib gələn ilk Niderland komandasıdır.

- İqor Payşaonun 2 dəqiqə 56 saniyədə vurduğu qolu 1971-ci ilin sentyabrından sonra ÇK/ÇL-də “Feyenoord”un ən erkəntli qoludur. Həmin vaxt Villem van Hanegem fərqlənib.

- Givayro Rid ÇL-in pley-off mərhələsi oyununa start heyətdə başlayan üçüncü ən gənc niderlandlıdır - 18 yaş 255 gün. O, Patrik Kluyvert (18 yaş 243 gün, 1995-ci ilin martında) və Kiki Musampadan (18 yaş 244 gün, 1996-cı ilin martında) geri qalır.

- “Brügge” “Atalanta”nı 2:1 hesabı ilə məğlub etməklə ÇL-in pley-offunda ilk qələbəsini qazanıb. Belçika təmsilçisi sonuncu dəfə ÇK-nın 1992-ci il oktyabrın 21-də “Austriya”nı 1/8 finalın ilk oyununda 2:0 hesabı ilə məğlub edib.

- “Brügge”nin ÇL-dəki 2 uğursuz seriyası cari mövsümdə qırılıb. 1995-ci ildən “Aston Villa” üzərindəki 1:0 hesablı qələbəyə qədər avrokuboklarda İngiltərə klublarına 14 oyun idi qalib gələ bilmirdi. “Atalanta” üzərində qalibiyyətlə 2003-cü ildən İtaliya komandalarına qarşı avrokuboklarda 15 matçlıq qələbəsizlik yaşanmışdı.

- Mario Paşaliç ÇL-də “Atalanta” forması ilə 7-ci qolunu vurub. O, Yosip İliçiç və Duvan Zapataya çatıb.

İdman.biz

Məqalədə:
Seçilən
8
idman.biz

1Mənbələr