AZ

Vergi sistemi dövlətin iqtisadi dayanıqlığını təmin edən əsas mexanizmlərdən biridir -Səbinə Əliyeva

Bakı.Trend:

Vergi siyasəti hüquqi dövlətin və demokratik cəmiyyətin əsaskomponentlərindən birini təşkil etməklə büdcə gəlirlərininformalaşmasında və iqtisadi sabitliyin təmin edilməsindəəhəmiyyətli rol oynayır.

Trend xəbər verir ki, bunu bugün Bakıda “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektivtransformasiya” Forumunda çıxışı zamanı Azərbaycan Respublikasınınİnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevadeyib.

Ombudsman qeyd edib ki, bu baxımdan, dövlət müstəqilliyimizinbərpasından sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə digərsahələrdə olduğu kimi vergi sisteminin təkmilləşdirilməsiistiqamətində də köklü islahatlar aparıldı, vergi orqanlarınınstrukturu və fəaliyyəti müasirləşdirildi, Vergi Məcəlləsinin qəbuledilməsi ilə vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahidvə təkmil qanunvericilik bazası formalaşdırıldı.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindənvergi sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçiriləngenişmiqyaslı islahatlar müasir, çevik və səmərəli vergi sistemininformalaşmasına imkan vermişdir ki, bu da ölkənin sosial-iqtisadiinkişafının, sabit, təhlükəsiz və müasir həyat səviyyəsinin təminedilməsinə və nəticə etibarı ilə insan hüquq və azadlıqlarınıneffektiv reallaşmasına xidmət etməkdədir.

Vergi sistemi dövlətin iqtisadi dayanıqlığını və stratejiinkişafını, habelə sosial rifahı təmin edən əsas mexanizmlərdənbiridir. Vətəndaşların hüquq və vəzifələrinin balanslı şəkildətənzimlənməsi, qanunçuluğun təmin olunması, iqtisadi səmərəlilik vəşəffaf inzibatçılıq müasir vergi sisteminin ən vacibprinsiplərindəndir. Təqdirəlayiq haldır ki, Dövlət Vergi Xidməti buprinsipləri rəhbər tutaraq və innovativ yanaşmalar tətbiq etməkləfəaliyyətini daim təkmilləşdirir, vətəndaş-məmur münasibətlərinindaha şəffaf və səmimi qurulması üzrə tədbirləri davam etdirir,habelə aidiyyəti dövlət qurumları ilə koordinasiyalı fəaliyyətinidaha da gücləndirir”., - o deyib.

S.Əliyeva əlavə edib ki, Ombudsman Aparatı ilə Dövlət Vergi Xidmətiarasında əməkdaşlıq xüsusi önəm daşıyır.

“Bu əməkdaşlıq vergi ödəyicilərinin, habelə vergimünasibətlərinin digər iştirakçılarının hüquqlarının daha səmərəlimüdafiəsi və pozulmuş hüquqların bərpası, əhalininmaarifləndirilməsi, vergi sahəsində şəffaflığın artırılması vəsahibkarların qanuni maraqlarının müdafiəsi istiqamətindəirəliləyişlərin əldə edilməsinə imkan yaradır.

Qeyd olunan əməkdaşlıq azad sahibkarlıq hüququnun təmin olunması,sahibkarların pozulmuş hüquqlarının bərpa edilməsi, eyni zamandasahibkarlıq fəaliyyəti zamanı insan hüquq və azadlıqlarına hörmətvə riayət edilməsi, pozuntuların aradan qaldırılması hallarını,habelə bu istiqamət üzrə BMT-nin “Biznes və İnsan Hüquqları üzrəRəhbər Prinsiplər”inin ölkə üzrə implementasiyası və sahəvi millifəaliyyət proqramının hazırlanması üzrə fəaliyyəti də əhatəedir.

Ombudsmanın “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqətialçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyanın FakültativProtokolunda nəzərdə tutulmuş Milli Preventiv Mexanizm funksiyasıəsasında saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyiyerlərə, o cümlədən Dövlət Vergi Xidmətinin Müvəqqəti SaxlamaYerinə həyata keçirdiyi başçəkmələr saxlanma şəraitinin, rəftarməsələlərinin, sənədləşmənin, habelə daxil olmuş müraciətlərinaraşdırılması baxımından xüsusi önəm daşıyır.

İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətin ali məqsədinihəyata keçirən və statusu Konstitusiya Qanunu ilə müəyyən edilənOmbudsmanın mandatının son illər beynəlxalq təşkilatların datövsiyələri nəzərə alınmaqla genişləndirilməsi, habelə nəzarət vəmüstəqil monitorinq mexanizmi funksiyalarının qanunvericiliklətəsbit olunması birgə əməkdaşlığımız üçün yeni imkanlaryaradır.

Nəzərinizə çatdırmaq istərdim ki, hüquq və azadlıqların dahaeffektiv təmin olunması məqsədilə tərəfimizdən mütəmadi olaraqnormativ hüquqi aktların monitorinqi həyata keçirilir, vizalanmasıüçün Ombudsmana təqdim olunan normativ hüquqi akt layihələrinə dairrəy və təkliflər verilir. Məlumat üçün bildirim ki, ötən illərərzində Ombudsman Aparatı Azərbaycan Respublikasının VergilərMəcəlləsinin, “Dövlət vergi orqanlarında xidmət haqqındaƏsasnamə”nin habelə bu sahədə digər normativ sənədlərintəkmilləşdirilməsinə öz töhfəsini vermişdir ki, bu da qurumlararasıəməkdaşlığın əhəmiyyətini bir daha önə çəkir.

Qeyd olunanlarla yanaşı, vergi ödəyicilərinin, habelə vergimünasibətlərinin digər iştirakçılarının hüquqlarının müdafiəsiistiqamətində birgə fəaliyyətimizin genişləndirilməsini vacib hesabedirəm. Əminəm ki, müraciətlərin daha effektiv araşdırılması,qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə qurumlararası məlumatmübadiləsinin gücləndirilməsi, müxtəlif hədəf qrupları üzrə birgəmaarifləndirmə tədbirlərinin təşkili qarşıya qoyduğumuz məqsədlərəən yüksək səviyyədə nail olmağımıza imkan verəcəkdir”,- deyəS.Əliyeva qeyd edib.

Məqalədə:
Seçilən
25
az.trend.az

1Mənbələr