AZ

Səngəçal terminalından göndərilən Şahdəniz qazının həcmi artıb

Bakı. Trend:

Ötən il Səngəçal terminalından gündəlik orta hesabla təxminən 76milyon standart kubmetr (təxminən 2 milyard 654 milyon standartkubfut) Şahdəniz qazı göndərilib.

Trend bubarədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilinnəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 5 milyonstandart kubmetr və ya 7% çoxdur. Belə ki, 2023-cü ildə Səngəçalterminalından gündəlik orta hesabla təxminən 71 milyon standartkubmetr (təxminən 2 milyard 515 milyon standart kubfut) Şahdənizqazı göndərilib.

Qeyd edək ki, qaz terminaldan Cənubi Qafqaz Boru Kəməriningenişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən CənubiQafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektləriniAzəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsusqaz kəməri ilə ixrac olunur.

Məqalədə:
Seçilən
12
az.trend.az

1Mənbələr