AZ

Orxan Nəzərli: "Vergi orqanlarının fiskal yığımlardakı payı 77 %-ə çatıb"

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə toplanmış fiskal yığımlar 22,8 milyard manat təşkil edib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forumda bildirib.

Onun sözlərinə görə, bununla da rəhbərlik etdiyi qurumun bütün fiskal yığımlardakı payı 77 %-ə çatıb.

"Ötən il vergi orqanlarının xətti ilə büdcə daxilolmaları 15,8 milyard manatdan çox olub", - deyə o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, 2019-cu illə müqayisədə ölkədə aktiv vergi ödəyicilərinin sayı 1,8 dəfə artaraq 800 mini keçib.

Seçilən
43
3
report.az

4Mənbələr