Futbolçumuza və həkimimizə verilən cəza ağırdır.
Bunu "Report"a açıqlamasında “Qaradağ Lökbatan” klubunun direktoru Bəbir Həsənov deyib.
O, həkim Xəyal Alızadənin və futbolçu Əli Kərimovun AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılması ilə bağlı fikirlərini bölüşüb:
"Oyun ərzində qərarların ədalətli verilməsini istəyirik. Amma haqsızlıq olanda emosiyaları saxlamaq olmur. Futbolçularımız, rəsmi şəxslər ikinci hissənin sonlarına yaxın heç kimə pis münasibət göstərməmişdilər. Qərarla bağlı AFFA-ya müraciət etmək fikrimiz var. Amma hələlik qalıb, gözləyirik. Futbolçumuz Əli Kərimova da eyni səbəbdən dörd oyunluq cəza verilib. Hər ikisi ağır cəzadır. Baş hakim birdən-birə qırmızı vərəqləri göstərməyə başladı. Başqa həkimimiz də var. Növbəti oyunlara onunla çıxacağıq".
Qeyd edək ki, Xəyal Alızadə və Əli Kərimov I Liqada "Mingəçevir"lə matçda hakimləri təhqir etdikləri üçün cəzalanıblar. Onlara müvafiq olaraq 5 və 4 oyunluq cəza tətbiq edilib.