Ukrayna ölkənin hava hücumundan müdafiəsi üçün IRIS-T zenit-raket kompleksləri üçün daha 100-ə yaxın idarə olunan raket alacaq.
XəzərNews.az xəbər verir ki,bu barədə Almaniyanın NATO-dakı nümayəndəliyi X sosial şəbəkəsində məlumat yayıb.
Silahların "yaxın gələcəkdə" çatdırılmalı olduğunu vurğulayan nümayəndəlik Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
“Müdafiə sənayesi ilə pilotsuz təyyarələrin inkişafı, piyada döyüş maşınları və döyüş tanklarının saxlanması kimi müştərək müəssisələr Ukraynanın dəstəklənməsi və onun sənaye bazasının möhkəmləndirilməsində mühüm rol oynayır”, - deyə məlumatda bildirilir.
Xəbər 4 dəfə oxunub.