AZ

ABŞ hərbi təyyarəsi qəzaya uğrayıb

Amerikanın EA-18G Growler hərbi təyyarəsi Kaliforniya sahillərində Sakit Okeana düşüb.

XəzərNews.az xəbər verir ki, bu barədə ABC News yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə San Dieqo körfəzində ABŞ Hərbi Dəniz Hava Stansiyasının Şimal Adası yaxınlığında baş verib. Hər iki pilot havadan atılıb və suda qısa müddət qaldıqdan sonra balıqçı gəmisinin ekipajı tərəfindən xilas edilib.

Hazırda hadisə yerində 60 yanğınsöndürən və müxtəlif avadanlıqlar var.

Aylin
XəzərNews.az




Xəbər 5 dəfə oxunub.
Seçilən
0
xezernews.az

1Mənbələr