"Baxmayaraq ki, ölkəmizdə vergi sisteminin fəaliyyəti dövlət müstəqilliyimizin bərpası ilə birgə başlayıb, 25 il öncə Vergilər Nazirliyinin yaradılması həm qanunverici, həm institusional baxımdan müasir vergi xidmətinin formalaşmasına yeni bir nəfəs gətirdi. Ümummilli lider Heydər Əliyevin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək onun bazasında Vergilər Nazirliyinin yaradılması ilə başlayan proseslər müasir vergi xidmətinin formalaşmasının əslində ilk mərhələsi idi”.
Busözləri “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli deyib.
DVX rəisi vurğulayıb ki, məhz bu dövrdən başlayaraq vergi sistemi, vergi siyasəti təkcə fiskal daxilolmaların toplanması ilə deyil, iqtisadi siyasətin bir qolu olaraq öz rolunu oynamağa başlayıb: “Ötən 25 ildə vergi sisteminin formalaşması uzun bir yol keçib, həm qanunvericilik, həm inzibatçılıq sahəsində ciddi islahatlar aparılıb".