AZ

Səudiyyə vəliəhdi Mark Fogelin azad olunmasına kömək edib

Səudiyyə

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ-ın Moskvadakı keçmiş səfirlik əməkdaşı Mark Fogelin azad olunmasında rol oynayıb.Uitkoff həmçinin qeyd edib ki, o, Rusiyada "Kirill adlı bir cənab"la işləyib. “Ulusum”.az xəbər verir ki, CNN mənbələrinə görə, söhbət ehtimal ki, RFPI rəhbəri Kirill Dmitriyevdən gedir.11 fevral axşamı ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Volts Fogelin məhbus mübadiləsi çərçivəsində azad edildiyini açıqlayıb. The New York Times yazır ki, Uitkoff Moskvaya şəxsi təyyarəsi ilə gəlib və Fogelini oradan çıxarıb.Kremlin sözçüsü Dmitri Peskov 12 fevralda təsdiqləyib ki, Moskva və Vaşinqton yalnız Fogelin deyil, həm də ABŞ həbsxanasında olan bir rusiyalının azad edilməsi barədə razılığa gəlib. Onun yaxın günlərdə Rusiyaya qayıdacağı bildirilib.Səidə

Diqqət Çəkənlər

Akula hücumlarının sayı kəskin azalıb

Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə gedib

Müalicəyə tabe olmayan qan laxtalanma pozuntusu aşkar edilib

Seçilən
27
ulusum.az

1Mənbələr