NATO-nun baş katibi Mark Rutte Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığının uğurlu keçdiyini düşünür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rutte bu barədə alyansın müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasında bildirib.
"Bu telefon danışığı birmənalı olaraq uğurlu olduğu təəssüratını yaratdı. Biz hamımız Ukraynada sülh istəyirik", - o deyib.
Rutte bir daha vurğulayıb ki, Ukraynanın danışıqlarda ən yaxşı mövqeyə malik olmasını təmin etmək lazımdır.
NATO-nun baş katibi bildirib ki, müttəfiqlər bu məsələni yaxın günlərdə və həftələrdə müzakirə edəcəklər.