AZ

Keyt Kelloqun bu üç ölkəyə səfəri başlayıb

ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq fevralın 13-dən 22-dək Almaniya, Belçika və Ukraynaya səfər edəcək.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Departament bildirir ki, səfərin məqsədi “Prezident Trampın Ukraynada sülhü təmin etmək məqsədini” irəli sürmək və Amerikanın maraqlarını qorumaqdır.

Kelloq Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək və NATO və Aİ-nin Brüsseldəki mənzil-qərargahına baş çəkəcək. Ukraynada o, hökumət rəsmiləri və “üç ilə yaxın müharibədən cəsarətlə sağ çıxan vətəndaşlarla” görüşəcək”, - məlumatda deyilir.



Xəbər 3 dəfə oxunub.
Seçilən
4
xezernews.az

1Mənbələr