AZ

Dövlət Vergi Xidmətinin son 6 illik göstəriciləri açıqlanıb

Bakı. Trend:

Dövlət büdcəsinin vergi gəlirləri 2019-dan bu yana 2,1 dəfədənçox artıb. 2024-cü ildə vergi daxilolmalarının həcmi 15,8 milyardmanatı keçib.

Trend xəbər verir ki, bunuDövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün Bakıda keçirilən“VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya”Forumunda deyib.

O bildirib ki, Dövlət Vergi Xidmətinin xətti ilə toplanan fiskalyığımlar isə 22,8 milyard manat olub:

"Bu, Dövlət Vergi Xidmətinin bütün fiskal yığımlarda payını77%-ə çatdırıb. Aktiv vergi ödəyicilərinin sayı 2019-cu illəmüqayisədə 2024-cü ildə 1,8 dəfə artaraq 800 mini üstələyib.İqtisadi sistem üçün əhəmiyyət kəsb edən kateqoriya hesab etdiyimizisə ƏDV ödəyicilərinin sayı 52,8 min nəfər təşkil edir. Burada da 3dəfəyə yaxın artıma nail olunmuşdur.

Vergi qanunvericiliyində təsdiq edilmiş vergi təşviqlərininhesabına 2019-cu ilin əvvəlindən son tarixədək cəmi əməkmüqavilələrinin sayı 471 minədək, o cümlədən qeyri-neft özəlsektorda 443 mindən çox artım qeydə alınıb.

Vergi islahatları nəticəsində qeyri-neft-özəl sektorda əməkmüqavilələrinin artımı 82,1% təşkil edib. Bu gün özəl bölmədə əməkmüqavilələrinin sayı dövlət sektorunu üstələyir ki, bu da əməkbazarının əhəmiyyətli leqallaşmasını özündə ifadə edir".

"2024-cü ildə cəmi əməkhaqqı fondu 23,9 milyard manata çatıb ki,bunu da 2019-cu illə müqayisə etsək, ümumilikdə, 2,5 dəfəyədək,qeyri-neft özəl sektorda isə 2,7 dəfə artım müşahidə olunub.

Azərbaycanın əmək bazarında apardığı islahatlar artıq qeydolunduğu kimi Harvard Universiteti tərəfindən də yüksəkqiymətləndirilib. Əmək bazarında aparılan təşviq siyasəti sosialsığorta yığımlarına da müsbət təsir edib. Sosial daxiolmalarda son6 ildə 2,5 dəfə artım müşahidə olunub. Hazırda bu daxilolmalarınhəcmi 5,7 milyard manatdan çoxdur", - deyə O.Nəzərli qeyd edib.

Seçilən
18
az.trend.az

1Mənbələr