AZ

BTC-nin ötən il üzrə xərclərinin həcmi açıqlanıb

Bakı. Trend:

Ötən il Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrəəməliyyat xərclərinə 146 milyon dollar xərclənib.

Trend bubarədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilinnəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 26 milyondollar və ya 21,7% çoxdur. Bununla yanaşı, ötən il BTC üzrə əsaslıxərclərə 44 milyon dollar xərclənib ki, bu da, illik müqayisədə 2milyon dollar, yaxud da 4,3% azdır.

Belə ki, 2023-cü ildə BTC üzrə əməliyyat xərclərinə 120 milyondollar, əsaslı xərclərə isə 46 milyon dollar vəsait xərclənib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇGnefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsiləXəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan,Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəqlolunur.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr