ABŞ kəşfiyyatı İsrailin İranın nüvə obyektlərinə hücum planladığını iddia edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasion məlumatı nüfuzlu "Wall Street Journal" (WSJ) yazıb.
Hesabatda ABŞ-ın keçmiş prezidenti Co Baydenin prezidentlik müddətinin sonuna doğru İsrailin hücum riskinin çox böyük olduğu vurğulanıb: "ABŞ kəşfiyyatının hazırladığı hesabatda İsrailin Donald Trampın prezidentlik müddətinin ilk günlərində də İranın nüvə obyektlərinə zərbə endirmək istədiyi qeyd edilib. İsrail hesab edib ki, Yaxın Şərqdə baş verənlər kontekstində zəifləyən İranın nüvə obyektlərinə əhəmiyyətli zərbələr böyük və uzun müddətli üstünlük yarada bilər".
Hesabatda İsrailin belə hücumu həyata keçirəməyə arzılıq almaq üçün Tramp administrasiyasına təzyiqi artıra biləcəyi ehtimalının yüksək olduğu da xüsusi qabardılıb: "Hətta mümkündür ki, ABŞ bu məsələdə İrana müəyyən lojistik və sursat dədtəyi də verəcək".
Zülfiyyə Mustafayeva
MİA.AZ