![Sağlam zənn etdiyiniz bəkməzi belə yedikdə zəhərə çevrilir -](https://e-saglam.az/storage/news/middle/images/2025/2/bekmezi-bele-yemek-zererdir.jpg)
Bəkməz, düzgün və balanslı şəkildə istehlak edildikdə sağlamlıq üçün faydalı bir qida mənbəyidir.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, lakin həddindən artıq bəkməz istehlakı bəzi sağlamlıq problemlərinə səbəb ola bilər:
Həzm problemləri: Bəkməzin həddindən artıq qəbulu laksatif təsir göstərərək ishal, mədə yanması və qarın ağrısı kimi simptomlara yol aça bilər.
Çəki artımı: Yüksək şəkər və kalori tərkibinə görə, çox miqdarda bəkməz istehlakı bədəndə yağ yığılmasına və çəki artımına səbəb ola bilər.
Orqanların yorulması və yorğunluq: Üzüm bəkməzindəki laktik turşu bədəndə zəiflik və yorğunluq yarada bilər. Həddindən artıq istehlak isə qaraciyərin və digər orqanların yorulmasına səbəb ola bilər.
Dəri problemləri: Yüksək şəkər tərkibi səbəbindən, bəkməzin çox istehlakı sızanaq və digər dəri problemlərinə yol aça bilər.
Bu səbəblərdən, bəkməzi balanslı və ölçülü şəkildə istehlak etmək vacibdir. Xüsusilə şəkərli diabet xəstələri və kilo problemi olan şəxslər bəkməz istehlakında diqqətli olmalıdırlar.
Tərcümə: Könül Oruc