Milli Məclisin deputatı Mahir Süleymanlı seçicilərlə növbəti görüş keçirib. "Olaylar" xəbər verir ki, bu barəd millət vəkili özü məlumat verib: "Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüşümüzü keçirdik. Sakinlərin müraciətləri əsasən sosial rifah, məşğulluq, infrastrukturun yenilənməsi, su və qaz təchizatı ilə bağlı idi.
Hər bir vətəndaşı diqqətlə dinlədik, onların qaldırdığı məsələlərin operativ həlli üçün dərhal müvafiq addımlar atdıq. Yerində həlli mümkün olan problemlər aradan qaldırıldı, digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün nəzarətə götürüldü".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31