"Ukraynanın münaqişə zamanı Rusiyanın nəzarətinə keçən əraziləri geri qaytarmaq ehtimalı yoxdur".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Tramp deyib.
“Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması mümkün deyil. Rusiya çoxlu əraziləri işğal etdi, bu torpaq uğrunda vuruşdular, çoxlu əsgərlərini itirdilər. Düşünürəm ki, çoxları bunun mümkün olmadığını düşünür”.
Bununla belə, Tramp əlavə edib ki, bu ərazinin bir hissəsi geri qaytarıla bilər.
ABŞ prezidenti deyib ki, onun məqsədi müharibəni bitirməkdir. O, həmçinin bəyan edib ki, Ukraynanın NATO-ya üzv olması məsləhət deyil.