AZ

Fransada bara qumbara atılıb: Yaralılar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransanın cənub-şərqindəki Qrenobl şəhərində yerləşən bara qumbara atılıb.
Oxu.Az-ın "The Guardian" nəşrinə istinadən xəbərinə görə, bu barədə Fransa rəsmiləri məlumat veriblər.
Məlumata görə, qumbara partlayışı nəticəsində 12 nəfər yaralanıb və onlardan altısının vəziyyəti ağırdır.
Prokuror Fransua Turenin sözlərinə görə, hücum edən şəxs müştərilərlə dolu olan bara daxil olub, qumbaranı atıb və dərhal qaçaraq gözdən itib.
Müstəntiqlər hələlik hadisənin motivini müəyyən edə bilməyiblər, lakin bunun terror aktı olduğuna inanmırlar.
Hakim Kristof Barre bildirib ki, hücum edən şəxsin üzərində, "Kalaşnikov" avtomatı da olub, lakin ondan istifadə etməyib.
Seçilən
6
oxu.az

1Mənbələr