Bakı. Trend:
Ötən il Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri vasitəsilə29 milyon ton (təxminən 223 milyon barel) xam neft və kondensatıixrac edilib.
Trend bubarədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilinnəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 1 milyon tonvə ya 3,3% azdır. Belə ki, 2023-cü ildə BTC vasitəsilə 30 milyonton (təxminən 227 milyon barel) xam neft və kondensat ixracolunub.
Qeyd edək ki, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cıilin iyun ayında istismara veriləndən 2024-cü ilin sonunadək buboru kəməri vasitəsilə ümumilikdə təqribən 591 milyon ton (4,4milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 5862tankerə yüklənərək dünya bazarlarına göndərilib.