"Dövlətimizin xarici siyasəti çoxşaxəlidir. Azərbaycan daim əməkdaşlığa, yeni körpülərin qurulmasına çağırışlar edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Ötən ilin mühüm hadisəsi olan və nəticələri bu gün də geniş müzakirə edilən COP29 bir daha bu çağırışlara işıq saldı. İqlim konfransı çoxtərəfliliyin təntənəsi kimi dəyərləndirildi. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində bir daha diqqəti COP29 iqlim konfransına yönəldərək bildirdi ki, ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, yeni istiqamətlər üzrə inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin əsas tərkib hissəsidir. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı, arzuolunan tərəfdaş kimi qəbul edilir. Qlobal güc mərkəzləri Azərbaycanla siyasi-iqtisadi münasibətlərin inkişaf etdirilməsinə, əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verirlər".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31