AZ

Artsvik Sarkisyan: “Əliyevə nə qədər yaltaqlansalar, o qədər yaxşıdır”

“Levon Mnatsakanyan hesablamışdı ki, döyüş olarsa, əlimizdəki silahlar bizə bir gün də çatmazdı”. Tribunainfo.az bildirir ki, bunu separatçıların nümayəndəsi, Şuşanın qondarma “meri” Artsvik Sarkisyan deyib.

O iddia edib ki, guya, antiterror əməliyyatı zamanı geri çəkilməsəydilər (sanki başqa çarələri olub-red.), guya 120 min erməni (hardadır o qədər erməni, məlum deyil-red.) öldürləcəkmiş (bəs, necə oldu ki, Azərbaycan Ordusu Xankəndiyə girəndə orada ermənilərə toxunmadı?-red.).

Sarkisyan onu da deyib ki, Ermənistan hökuməti onlara heç bir yardım etməyib.

O həmçinin hazırda Ermənistan siyasətində Azərbaycan Prezidenti İlham Əliyevə yalvarmaq üçün növbəyə durulduğunu bildirib. “Bu gün Ermənistan parlamentinin tribunasından Azərbaycana yaltaqlanırlar. Bəlkə də, Əliyevə nə qədər yaltaqlansalar, bir o qədər yaxşı olar”.

Seçilən
8
tribunainfo.az

1Mənbələr