AZ

Tramp indi də Təhsil Nazirliyini bağlayır: Növbə ordudadır

Rəsmən vəzifəyə gəldikdən sonra federal hökumət qurumları tərəfindən dövlət xərclərini azaltmaq üçün bir çox tədbirlər həyata keçirən ABŞ Prezidenti Donald Tramp bu dəfə Təhsil Nazirliyini hədəf alıb.

Jurnalistlərə açıqlama verən Tramp Təhsil Nazirliyinin bağlanmasının vacibliyini bildirib. 

“Cebheinfo.az” xəbər verir ki, “Təhsil Nazirliyinin nə qədər tez bağlanmasını istəyirsiniz?” sualına Tramp “Mən onun dərhal bağlanmasını istəyirəm” cavabını verib. O, “Baxın, Təhsil Nazirliyində böyük qanun pozuntularına yol verilir”, - deyib. 

Qurumun səmərəliliyini ilə bağlı danışan Tramp deyib: "Dünyanın ən yaxşı 40 ölkəsini sıraladılar. Biz 40-cıyıq. Amma biz bir şöbədə bir nömrəyik, bu da tələbə başına xərcdir". 

ABŞ-nin tələbə başına dünyanın hər hansı digər ölkəsindən daha çox pul xərclədiyini deyən Tramp "Ancaq biz 38-40 ölkə arasında idik. Son dəfə baxdığımda 38 idi. Yeni siyahıya iki gün əvvəl baxdım. 40-cı idik. Bunu deməyə nifrət edirəm, amma Çin nə qədər böyük olsa da, ilk beşlikdədir və o, bizim əsas rəqibimizdir. Deməli, əgər biz 40-cı yerdəyiksə, bu, həqiqətən də bir şeyin yanlış olduğu anlamına gəlir”,- deyə vuruğulayıb.

Paytaxtdakı bürokratların təhsildə bərabər imkanları “vecinə almadığınıi” iddia edən Tramp “Vaşinqtondakı insanların əksəriyyəti uşaqlara əhəmiyyət vermir. Onlar fermalara, fermerlərin oğullarına və qızlarına əhəmiyyət vermirlər",- deyib. Vaşinqtonda böyük bir bürokratiyanın mövcudluğunu və hər yerdə Təhsil Departamentinin binalarının olduğunu bildirən Tramp "Bu arada, heç kim işə gəlmir. Çünki onların hamısı evdən işləyir, bilirsiniz ki, onların bir çoxunun ikinci işi var" ,- deyib. 

Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən İlon Maskın bu məsələylə maraqlandığını deyən Tramp "Bu insanların neçəsi evdən işləmək üçün maaş alır, amma işləmir? Çünki onların ikinci, hətta üçüncü işi də var.

Çoxlarını görəcəksiniz və o adamlar işdən çıxarılacaqlar. Hökumətimizi kiçilmək məcburiyyətindəyik”,-deyə bildirib. 

Əvvəlki açıqlamada Tramp çox yaxında Maska Təhsil Nazirliyinə mümkün pozuntuları araşdırması üçün göstəriş verəcəyini söyləyib: “O da eyni şeyi tapacaq. Sonra mən üzümü orduya tutcağam, ora nəzarət edəcəyəm. Biz fırıldaqçılıq və sui-istifadə edilən milyardlarla, yüz milyardlarla dollar tapacağıq”.

Seçilən
2
cebheinfo.az

1Mənbələr