AZ

MÜSİAD Azərbaycan Türkiyə və Azərbaycan iş adamları arasında birbaşa əlaqələrin qurulması üçün səy göstərir

BAKI, TurkicWorld

MÜSİAD Azərbaycan Türkiyə və Azərbaycan iş adamları arasında birbaşa əlaqələrin qurulması üçün səy göstərir.

Bunu TurkicWorld -a müsahibəsində MÜSİAD Azərbaycan sədri Rəşad Cabirli deyib.

MÜSİAD Azərbaycan, Türk iş dünyasının inkişafı və Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi üçün qarşısına bir sıra hədəflər qoyub.

“Bu hədəflərdən biri də, Türkiyə və Azərbaycan arasında ticarət və investisiya münasibətlərinin artırılmasına yönəlmiş müxtəlif layihələr həyata keçirməkdir. Bu, həmçinin yerli bazarda Türk firmalarının daha da güclənməsinə kömək etməklə yanaşı Azərbaycan şirkətlərinin Türkiyə iş bazarında da güclənməsinə töhfə verəcək”- deyə o bildirib.

R.Cabirli onu da bildirib ki, ixracın artırılması: MÜSİAD Azərbaycan, həmçinin Türk məhsullarının Azərbaycanda daha geniş yayılması və yerli məhsulların Türk bazarına ixracının artırılması üçün müxtəlif təşəbbüslər göstərib və bundan sonra da bu istiqamətdə işlərin aparılmasına davam edəcək.

R.Cabirlinin sözlərinə görə, MÜSİAD Azərbaycan hər zaman innovasiya və texnoloji inkişafa diqqət yetirirb və bunu əsas prioritet kimi diqqətdə saxlayıb.
“MÜSİAD Azərbaycan həm Türk, həm də Azərbaycan firmalarının innovativ layihələrə investisiya qoymasını təşviq edir. Bu sahədə bir çox texnoloji startap və layihələrin dəstəklənməsi məqsədilə platformalar qurulub və bunu üçün real imkanlar var”- deyə o bildirib.

R.Cabirli onu da əlavə edib ki, MÜSİAD Azərbaycan, üzvlərinin beynəlxalq bazarlarda uğur qazanmaları üçün müxtəlif imkanlar və dəstəklər təqdim edir.

“MÜSİAD, üzvlərinə Türk iş dünyası və dünya bazarları ilə əlaqələr qurmağı təmin edərək, beynəlxalq sərgilərə və tədbirlərə qatılmaq üçün imkanlar yaradır. Bu, həmçinin potensial müştərilərlə və tərəfdaşlarla birbaşa əlaqələr qurmağa kömək edir”-deyə o qeyd edib.

Seçilən
7
2
turkic.world

3Mənbələr