Türkiyənin Mardin bölgəsinin Midyat rayonunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Avtosfer.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qəza yerinə təcili tibbi yardım avtomobilləri cəlb olunub.
Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.