AZ

5 nəfər itkin düşüb

Cənubi Koreyanın Jeju adasının sahillərində üzən Jaeseongho adlı balıqçı qayığının naməlum səbəbdən çevrildiyi bildirilir.

Jeju Sahil Mühafizəsindən əldə edilən məlumata görə, 1-i İndoneziya və 3-ü Vyetnam olmaqla 10 ekipaj üzvünü daşıyan 32 tonluq qayıq yerli vaxtla saat 19:56-da kömək istəyib. Siqnaldan sonra hadisə yerinə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.

Bölgədə aparılan işlər nəticəsində kapitan və 4 əcnəbi ekipaj üzvü xilas edilib, digər 5 nəfərin axtarışlarının davam etdiyi bildirilib. Qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Seçilən
18
vaxt.az

1Mənbələr