"Ötən il vergi sistemi üçün beynəlxalq nüfuzun artması baxımından da əlamətdar il olub. Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (IOTA) prezidentliyin Azərbaycana həvalə edilməsi ölkəmizin vergi sisteminin beynəlxalq arenalarda da tənzimləyici rola malik olmasını sübut edir”.
Busözləri “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli deyib.
“Biz hazırda beynəlxalq təşkilatın fəaliyyətini təkmilləşdirmək üçün öz töhfələrimizi veririk. Daha bir uğurumuz OECD-nin “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”un ölkəmizi şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirməsi üzrə ən yüksək reytinqlə dəyərləndirməsi olub. Ölkəmizin bu reytinqi qazanması yerli vergi sistemində aparılan islahatların beynəlxalq müstəvidə də yüksək qiymətləndirildiyini və rəqabətədavamlı vergi sisteminin bərqərar olduğunu bir daha təsdiqləyir",- DVX rəisi vurğulayıb.