AZ

Premyer Liqa nəhəngləri onun üçün yarışacaq

"Leypsiq" klubunun müdafiəçisi Castello Lukeba Avropa klublarının diqqət mərkəzinə düşüb.

90deqiqe.Az "Sportbild"ə istinadən xəbər verir ki, Avropanın bir neçə top klubu futbolçunu transfer etməkdə maraqlıdır. “Mançester Yunayted”, “Liverpul” və “Çelsi” klubları oyunçu üçün yarışacaqlar.

Sözügedən klublar yay transfer pəncərəsi üçün artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Lukebin alman klubu ilə hazırkı müqaviləsi 2029-cu ildə başa çatır. Onun müqaviləsindəki sərbəst qalma bəndi 90 milyon avrodur. 22 yaşlı müdafiəçi cari Bundesliqa mövsümündə 11 oyun keçirib. 

Seçilən
5
90deqiqe.az

1Mənbələr