Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Kazım Kazımov deyib:
"Afrikadakı strateji ərazisinə görə Somali çox daha önəmlidir. Somalinin Afrikanın şərqində yerləşməsi, okeana, Qırmızı dənizə çıxışı olması və körfəz bölgəsinin sahilində yerləşməsi onun strateji önəmini bir daha artırır. Təəssüflər olsun ki, Somalinin bu qədər ciddi strateji nöqtədə olmasına rəğmən, son illərə qədər davamlı qarışıqlıq, separatçı hərəkətlər və digər problemlər olmuşdu".
Ekspert qeyd edib ki, bu gün Somali "yaralarını sarmağa" çalışır və bir çox beynəlxalq addımlar atır:
"Somalidən gələn heyətin Azərbaycanı ziyarət etməsi Somalinin özünə etibarlı tərəfdaşlar tapmasının göstəricisidir. Azərbaycanın Somali heyətini qəbul etməsi, Somali dövlət başçısının cənab Prezident İlham Əliyevlə görüşməsi Azərbaycanın Afrikaya olan iqtisadi marağını, Azərbaycanın artıq sadəcə Cənubi Qafqazda deyil, uzaq Afrikada belə bir çox addımlar atmaq qüdrətində və potensialında olduğunu göstərir. İnanıram ki, Azərbaycan-Somali əlaqələri yaxın gələcəkdə bütün Şərqi Afrikada və Afrikanın digər ərazilərində Azərbaycan üçün müsbət nəticələr doğuracaq".
Qiymət Mahir