AZ

Orxan Nəzərli: “Əsas strateji hədəfimiz vergi idarəçiliyində şəffaflığı, ədalətliliyi və effektivliyi artırmaqdır”

"Bu gün dünyada vergi sistemləri yalnız dövlətin maliyyə mənbələrini toplamaqla kifayətlənmir. Onlar həmçinin iqtisadiyyatı dəstəkləyir, ədalətliliyi təmin edir və biznesin inkişafına şərait yaradır”.

“Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli bu istiqamətdə əsas hədəfi də açıqlayıb: “Əsas strateji hədəfimiz vergi idarəçiliyində şəffaflığı, ədalətliliyi və effektivliyi artırmaqdır. Bunu isə rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqi ilə təmin edirik. Vergi ödəyiciləri ilə qarşılıqlı münasibətləri daha da asanlaşdırmaq, vergi yığımı proseslərini sürətləndirmək və vergilərin doğru və vaxtında ödənməsini təmin etmək əsas məqsədlərimizdəndir”.

Seçilən
10
vergiler.az

1Mənbələr