AZ

AFFA Əvəzedicilər Liqasında 3 komandanı cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasınin son turu ilə bağlı bəzi qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, Premyer Liqada mübarizə aparan klubların ikinci komandaları da bu həftə 22-ci turun görüşlərini keçiriblər.

AFFA İntizam Komitəsinin Əvəzedicilər Liqasının 22-ci turunun oyunları ilə bağlı çıxardığı qərarların siyahısını təqdim edirik:

“Şamaxı-2” – “Sumqayıt-2” oyununun matçöncəsi iclasında “Şamaxı”nın nümayəndəsi iştirak etmədiyinə görə sözügedən komanda 80 manat cərimə edilib. Bu oyunda xərəkdaşıyanlar olmadığına görə Şamaxı komandası 80 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Kəpəz-2” oyununda topdaşıyanlar olmadığına görə Naxçıvan komandası 80 manat cərimə edilib.

“Qarabağ-2” – “Səbail-2” oyununda “Səbail”də 4 nəfər sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.

Seçilən
22
arena.az

1Mənbələr