1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
AFFA tərəfindən yeni quraşdırılmış ot örtüyü ən son müasir standartlara cavab verir və FIFA lisenziyalı süni ot örtüyü laboratoriyası tərəfindən test edilib.
Oxu.Az xəbər verir ki, testin nəticəsinə uyğun olaraq süni ot örtüyünün "FIFA Quality Pro" sertifikatına uyğunluğu təsdiqlənib.
Qeyd edək ki, süni ot örtüklü stadionda 600 tamaşaçı yeri, oyunları geniş formatda nümayiş etdirən monitor, hakim və həkim otaqları var.