Bakı, 13 fevral, AZƏRTAC
Son bir neçə ildə ölkədə 100 mindən çox elektron kassa aparatı quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli “Vergi Xidməti-25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumda deyib.
O bildirib ki, bu kassalar üzrə ötən ildə dövriyyə 24,5 milyard manatdan çox olub.
“Yeni nəsil kassa aparatları, ictimai nəzarət təmin edən “ƏDV geri al” layihəsi hesabına dövriyyələrin artımı sürətlənib. Bu xüsusilə ticarət sektorunda müşahidə olunur”, - deyə DVX rəisi əlavə edib.