"Barselona" müdafiəçisi Pau Kubarsi ilə yeni əmək müqaviləsi bağlaya bilər.
90deqiqe.Az xəbər verir ki, müqavilə 2030-cu ilin ortalarına qədər qüvvədə olacaq.
18 yaşlı müdafiəçinin "blauqrana" ilə hazırkı müqaviləsi 2027-ci ilin iyununun sonunda başa çatır.
Xatırladaq ki, Kubarsi “Barselona” futbol akademiyasının məzunudur. Bu mövsüm müdafiəçi 36 oyun keçirib və 3 qol vurub. Futbolçu bu matçlarda dörd sarı vərəqə alıb. Kubarsinin transfer dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.