AZ

Çörək bu qidanı əvəz edir

“Çörəyi sıyıq əvəzi hesab etmək olar. Çovdar çörəyi qarabaşaq yarmasından hazırlanmış sıyıqla demək olar eyni tərkibdədir”.

Medianews.az xəbər verir ki, bunu endokrinoloq və diyetoloq Aleksey Kalintsev deyib.

Onun fikrincə, çörəyin qabığından antioksidant kimi istifadə edilə bilməz.

Aleksey Kalintsev xatırladıb ki, çovdar çörəyi adamı uzun müddət tox, enerji saxlayır. Ancaq çörəyin əsas üstünlüyünü onun qabığındakı antioksidantla əlaqələndirmək qəribədir: “Çörək ilk növbədə qidadır, doymaq üçündür”.

Həkim əlavə edib ki, karbohidrat mənbəyi kimi dənli bitkilər və ya bərk buğdalı makaron yemək mümkün deyilsə, çörək sıyığı əvəz edə bilər. Bununla belə, o qeyd edib ki, ağ undan hazırlanmış məhsulları deyil, qara və ya çovdar unundan bişirilmiş məhsulları seçmək məsləhətdir. Hər yeməkdə karbohidratlarla yanaşı, zülal və yağlar da olmalıdır.

Həkim vurğulayıb ki, çörək sağlamlıq üçün vacib məhsuldur, ondan qorxmağa ehtiyac yoxdur: “Başqa məhsullarda da çoxlu antioksidant var”.

Medianews.az

Seçilən
18
1
medianews.az

2Mənbələr