Robert Levandovskinin aqibəti məlum olub.
“Barselona” rəhbərliyi təcrübəli futbolçu ilə müqaviləni yeniləməyə hazırlaşır. Bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb. Robertin hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Rəhbərlik 36 yaşlı hücumçu ilə müqavilənin müddətini 2026-ci ilin yayınadək uzatmağa razılaşıb.
Robert komandada 2022-ci ildən çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 33 oyun keçirib, 31 qol vurub və 3 məhsuldar ötürmə edib
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta