5 Mart “Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş “CANLI ÖLÜ OLMA” devizi altında narkomaniya qarşı mübarizə mövzusunda maarifləndirici seminar keçiriləcək.
Viral.az xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti İctimai Birliyidir.
Seminar Bakı şəhər Gənclər və İdman İdarəsi, Milli Olimpiya Komitəsi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası, Azərbaycan Real Aykido Klubu, GFHC Fitnes Akademiya və Roof-Fitness Mərkəzinin təşkilati dəstəyi ilə baş tutacaq.
Son Yazılar:
- “Canlı ölü olma” devizi altında seminar keçiriləcək
- 90 yaşlı Artur Rasizadənin səhhəti pisləşib?
- Türkiyənin yeni səfiri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi
Tədbirin informasiya dəstəyi isə İctimai TV, İdman TV, “Əsrin Aydınları”, AN Media, Viral.az və “Şərq” qəzetidir.
Seminar 02 mart 2025-ci il tarixində saat 15-də ll Ə.Rəcəbli 12 ünvanında yerləşən Röyal Otelin konfrans zalında keçiriləcək. Giriş sərbəstdir!