Birləşmiş Ərəb Əmirliklərində taekvondo üzrə keçirilən “Fujairah Open” beynəlxalq turnirinə start verilib.
İdman.biz xəbər verir ki, yeniyetmələrdən ibarət Azərbaycan millisi yarışı 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.
Komandamızın heyətində bütün rəqiblərinə qalib gələn Elmira Bayrak (41kq) və Fuad Həsənov (+65) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda uduzan Fidan Muxtarzadə (29 kq) ikinci yeri tutub.
Digər taekvondoçularımızdan Mədinə Aslanlı (29 kq), Rüqəyya Əliyeva (33 kq) və Elmir Səlimov (53 kq) bürünc medala yiyələniblər.
İdman.biz